İtaliya

Otel otağında bədbəxt hadisə: “Milan”ın futbolçusu…

“Milan”ın qapıçısı Marko Sportiello otel otağında baş verən bədbəxt hadisədə sol orta barmağının vətərini tamamilə cırıb.

Aut.az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.

İtaliya klubunun təsdiqlədiyi kimi, 32 yaşlı qolkiper əlindən ABŞ-da əməliyyat olunub. Sportiello reabilitasiya prosesinə başlamaq üçün yaxın bir neçə gün ərzində İtaliyaya qayıdacaq, lakin onun nə qədər müddətə sıradan çıxdığı məlum deyil.

Milanın yeni ehtiyat qapıçı axtarışlarına başladığı vurğulanır.

Aut.az