İtaliya

Dopinqin bədəli: ayda cəmisi 2 min avro məvacib alacaq

“Yuventus”unun və Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba uğursuz dopinq testinə görə Turin klubunda ayda 873 min avro əvəzinə 2 min avro məvacib alacaq.

Aut.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

Futbolçu daha bir dopinq testindən keçə bilməyib və bu qərar qeyri-müəyyən müddətə uzadılıb. Poqba, həmçinin idman məhkəməsində dopinqdə təqsirli bilinərsə, uzunmüddətli cəza və müqaviləsinə mümkün xitam verilmə təhlükəsi ilə üzləşəcək.

“Yuventus” hələ ki, belə radikal addım atmayıb, ancaq fransalıya maaşının azaldılması ilə bağlı məktub göndərib. Qaydalara görə, cəzalı futbolçulardan söhbət gedəndə “Yuventus” Poqbaya yalnız İtaliya Futbolçular Assosiasiyası ilə kollektiv müqavilədə nəzərdə tutulan minimum əmək haqqını ödəməlidir. Bu o deməkdir ki, 30 yaşlı yarımmüdafiəçi ayda 2 min avro alacaq.

Poqbanın Turin klubu ilə 2026-cı ilin yayına qədər qüvvədə olan müqaviləsi ildə təxminən 10,48 milyon avro dəyərindədir, lakin o, indi bu məbləğin yalnız bir hissəsini alacaq.

Aut.az