İtaliya

Ürəyi dayanan futbolçu özünə gəldi

A Seriyasının 14-cü turunda “İnter”lə oyunda huşunu itirən “Fiorentina”nın yarımmüdafiəçisi Edoardo Bove özünə gəlib.

Aut.az  “Sky Sport”a istinadən bildirir ki, o, xəstəxanada özünə gəlib.

Eyni zamanda məlum olub ki, yarımçıq dayandırılan  “Fiorentina”-“İnter” oyunu ilə bağlı daha sonra qərar veriləcək.

Qeyd edək ki, 17-ci dəqiqədə Bove huşunu itirdiyi üçün oyun yarımçıq qaldı. Futbolçular və klub işçiləri tibbi yardım göstərilərkən onu kameralardan və tamaşaçılardan qoruyaraq mühasirəyə alıblar.

22 yaşlı Bove “Roma”nın məzunudur. O, “Fiorentina”da icarə əsasında çıxış edir.

Aut.az