Əfsanə NBA-nın ən yaxşı basketbolçusunu göstərdi: Tayı-bərabəri yoxdur
Bir vaxtlar “Boston Celtics”də möhtəşəm oyun sərgiləyən 67 yaşlı əfsanəvi basketbolçu Larri Bird müasir NBA-da ən yaxşı basketbolunun kim olması ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Larri onunla təkbətək oynamaq istədiyini də etiraf edib.
“Cokiç xüsusi bir oyunçudur. O, mərkəzdə dünyanın ən yaxşısıdır. Ona qarşı oynamaq əsl zövqdür. Ağıllı oynayır və onun oyun tərzi həyəcanvericidir.
Əsas odur ki, zədələr onun azarkeşləri sevindirməyə davam etməsinə mane olmur. Onun müasir çempionatda tayı-bərabəri yoxdur”, – Bird “Sports Illustrated” nəşrinə müsahibəsində deyib.
Larri Bird üçqat NBA çempionu, liqa tarixinin ən görkəmli oyunçularından biri və əfsanəvi Dream Team USA-nın tərkibində Olimpiya çempionudur.
Aut.az
