Premyer Liqada dəyəri artanları
“Transfermarkt” cari mövsüm üçün İngiltərə Premyer Liqasında ən çox dəyər qazanan futbolçularının siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, cədvələ “Brayon”un gənc forvardı Evan Ferqyuson başçılıq edir. 17 yaşlı irlandiyalı futbolçunun dəyəri 35 milyon avro artıb. Hazırda onun transfer qiyməti 65 milyon avrodur.
İkinci sıra “Mançester Siti”nin yeni transferi Ceremi Doku qərarlaşıb. Onun dəyəri 32 milyon avro artaraq 60 milyon avroya çatıb.
“İlk üçlüy”ü “şəhərlilər”in başqa bir üzvü Julian Alvares qapayır. Argentinalı forvardın transfer qiyməti hazırda 80 milyon avrodur. Onun dəyəri 20 milyon avro artıb.
1. Evan Ferqyuson (“Brayton”) – 65 milyon avro (+35 milyon avro)
2. Ceremi Doku (“Mançester Siti”) – 60 (+32)
3. Julian Alvarez (“Mançester Siti”) – 80 (+20)
4. Dominik Soboslay (“Liverpul”) – 70 (+20)
5. Rasmus Hoylund (“Mançester Yunayted”) – 65 (+20)
6. Lukas Paketa (“Vest Hem) – 65 (+20)
7. Matar Sarr (“Tottenhem”) – 35 (+20)
8. Kaoru Mitoma (“Brayton) – 50 (+18)
9. Romeo Lavia (“Çelsi”) – 50 (+18)
10. Lesli Uqoçukvu (“Çelsi”) – 25 (+16)
