İngiltərə

Yuvarlana-yuvarlana gedirlər: Dördüncü komanda oldular

“Luton Taun” İngiltərə futbol tarixində ardıcıl olaraq Premyer Liqadan birinci liqaya (Liqa 1) düşən dördüncü klub olub.

Aut.az xəbər verir ki bu barədə “Talksport” məlumat yayıb.

Çempionşipin son turunda “Luton” “Vest Bromviç”ə məğlub olaraq Liqa 1-ə yuvarlanıb.

Bedfordşir qraflığını təmsil edən klub bu cür sürətli geriləmə yaşayan sayca dördüncü komanda olub. Bu cür aqibətlə daha əvvəl “Svindon Taun” 1993/94 mövsümündə üzləşib. Daha sonra 2012/13 mövsümündə “Vulverhempton”, 2018-ci ildə isə “Sanderlend” Premyer Liqadakı çıxışından sonra Çempionşipdə də zəif nəticə göstərərək eyni aqibəti yaşayıb.

Xatırladaq ki, 2024/25 mövsümünün sonunda Premyer Liqanı tərk edən üç komanda artıq müəyyənləşib.

Aut.az