İspaniyaİngiltərə

Onu da qovdular

 Kristian Stellini “Tottenhem”in baş məşqçisi vəzifəsindən qovulub.

Aut.az xəbər verir ki, Antonio Kontenin qovulmasından sonra Stellini “Tottenhem”in müvəqqəti baş məşqçisi təyin edilmişdi.

Klub rəhbərliyi baş məşqçi tapmamış onu qovmaq qərarına gəlib. Stellinini Rayan Meyson əvəz edib.

Kristian Stellini ilə birlikdə onun məşqçilər korpusu da klubu tərk edəcək. Məşqçilər korpusunun yeni tərkibi daha sonra açıqlanacaq.

Stellininin rəhbərliyi altında “Tottenhem” 4 oyun keçirib və yalnız bir qələbə qazanıb. Son oyunda “Tottenhem” “Nyukasl”a 1:6 hesabı ilə uduzub.

“Tottenhem” Premyer Liqada 32 matçdan sonra 53 xalla 5-ci yerdədir.

Aut.az