“Yunayted”in son 10 ildə etdiyi ən böyük səhv – Ferdinand açıqladı
“Mançester Yunayted”in keçmiş kapitanı Rio Ferdinand hücumçu Harri Keynin bir neçə il əvvəl “Qırmızı şeytanlar”a baş tutmayan keçidi barədə danışıb.
Aut.az xəbər verir ki, Ferdinand podkastında bildirib ki, Keyni transfer etməmək “Mançester Yunayted”in son 10 ildə etdiyi ən böyük səhvdir:
“Düşünürəm ki, əgər “Tottenhem”in onun üçün istədiyi məbləği ödəsəydilər, onu transfer edərdilər. Əgər bu, bir neçə milyonluq mübahisə səbəbindən alınmayıbsa, düşünürəm ki, dəhşətli bir qərardır.
Əminəm ki, “Mançester Yunayted” Deklan Rays və Harri Keynlə müqavilə bağlasaydı, indi fərqli səviyyədə olardı”. Xatırladaq ki, Harri Keyn 2023-cü ildə 95 milyon avroya “Tottenhem”dən “Bayern”ə keçib.
Aut.az
