Basketbol

Dünya Seriyası: “Neftçi” 1/4 finala yüksəldi

“Neftçi”nin qadınlardan ibarət 3×3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində 1/4 finala yüksəlib.

Aut.az xəbər verir ki, “ağ-qaralar” B qrupunda keçirdiyi hər iki matçda qələbə qazanıb. Ratomir Deliçin baş məşqçisi olduğu komanda Polşanı 22:14, Çini isə 19:17 hesabı ilə üstələyib.

Azərbaycan təmsilçisi 1/4 final oyununda sabah, saat 12:15 də Monqolustan yığması ilə qarşılaşacaq.

Turnirə mayın 8-də yekun vurulacaq.