BasketbolDünya futbolu

Cordan Qvardiolaya müraciət etdi: İstirahətdən zövq al və…

“Mançester Siti” baş məşqçi Pep Qvardiola, futbolçular Bernardo Silva və Con Stounsun komandadan ayrılması münasibətilə vida mərasimi keçirib.

Aut.az xəbər verir ki, mərasimdə təkcə komandanın hazırkı oyunçuları deyil, həm də hazırda “Bayern”i çalışdıran “Siti”nin keçmiş kapitanı Vinsent Kompani və ötən mövsümü icarə əsasında “Everton”da keçirən Cek Qriliş də iştirak edib.

Oyunçular  azarkeşlərə Qvardiolanın “Siti”dəki 10 illik fəaliyyəti ərzində klubun qazandığı 20 kubokun hamısını təqdim ediblər.

Daha sonra ekranda müxtəlif insanlardan, o cümlədən əfsanəvi  basketbolçu Maykl Cordandan mesajlar görünüb.

“Salam, Pep, bu Maykl Cordandır. Sadəcə səni inanılmaz karyeran münasibətilə təbrik etmək istəyirəm. İstirahətdən zövq al, əlaqədə qal və irəliləməyə davam et”.

Aut.az