Tennis

İsti ilə belə mübarizə aparır – Çox içir, qarpız yeyir

“Böyük Dəbilqə”nin ikiqat çempionu və dünya tennisinin 2  nömrəsi, Qazaxıstandan olan Yelena Rıbakina 2026-cı il “Rolan Qarros” turnirindəki isti hava şəraiti ilə necə mübarizə apardığı haqda danışıb.

İlk turda o, sloveniyalı Veronika Erjaveci (84-cü yerdə) 6-2, 6-2 hesabları ilə məğlub edib.

Aut.az xəbər verir ki, Rıbakina mətbuat konfransında bildirib:

“Şərtlər çətin, çox isti idi. İki setdə qalib gələ bildiyim və bir dənə də olsun servisi əldən vermədiyim üçün şadam.

Bu istidə məşq rejimini hər hansı bir şəkildə tənzimləyirik? Susuz qalmamağa çalışıram, çox içirəm, qarpız və ya bu kimi bir şey yeyirəm. Çünki əvvəlcədən hazırlaşmalısan”.

Aut.az