Tennis

Cokoviç Federerin rekordunu qırdı

24 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi olmuş, ATP reytinqində 4-cü yerdə qərarlaşan serbiyalı tennisçi Novak Cokoviç dünya reytinqinin ilk “Top-5”liyində 860-cı həftəsini keçirir.

Aut.az xəbər verir ki, o, bu göstəricidə isveçrəli Rocer Federerə məxsus 859 həftəlik rekordu yeniləyib.

Qeyd olunur ki, Cokoviç bu 860 həftənin 428-ni dünya birincisi kimi “Top-5”də keçirib. O, ikinci pillədə 171 həftə, üçüncü yerdə 167 həftə, dördüncü yerdə 59 həftə və beşinci yerdə 35 həftə olub.

Bu mövsümdə Novak Cokoviç son dəfə ABŞ-ın İndian-Uells “Masters” turnirində korta çıxıb və dördüncü mərhələdə Cek Dreypere 6:4, 4:6, 6:7 (5:7) hesabı ilə məğlub olub. Bundan sonra serbiyalı tennisçi Mayami, Monte-Karlo və Madrid turnirlərini buraxıb.

Aut.az