Əfsanə nüfuzlu yarışı buraxacaq?
22 qat Böyük Dəbilqə çempionu ispan tennisçi Rafael Nadal “Roland Garros 2024”-də çıxış edəcək.
Aut.az “Diario AS”a istinadən xəbər verir ki, gələn həftə dünyanın keçmiş bir nömrəsi torpaq kort üzərində məşqlərə başlamaq üçün Fransaya yollanacaq.
Romada keçirilən Masters yarışının ikinci raundunda Pole Hubert Hürkaça məğlub olduqdan sonra 37 yaşlı əfsanənin Fransanın açıq birinciliyində iştirakına şübhə edilirdi.
Qeyd edək i, Böyük Dəbilqə turniri mayın 26-dan iyunun 9-dək keçiriləcək. Yarışın hazırkı çempionu serbiyalı Novak Cokoviçdir.
Aut.az
