Tennis

O da karyerasının son matçını keçirdi

Avstriyalı tennisçi Dominik Tim karyerasında son matçına çıxıb.

Aut.az xəbər verir ki, o, ölkəsində keçirilən ATP-500 turnirin ilk raundunda Dominik italiyalı Luçano Darderiyə uduzub.

Qarşılaşmadan sonra Tim raketini şüşə qaba yerləşdirməzdən əvvəl kortda nitq söyləyib. Sözügedən raketka xeyriyyə məqsədli vəsait toplamaq üçün hərraca çıxarılacaq.

Tim ABŞ Açıq (2020), Avstraliya Açıq çempionatlarının (2020) və Roland Qarrosun (2018, 2019) finalçısıdır. Karyerası ərzində o, 17 ATP tək turnirinin qalibi olub.

Aut.az