Amerikalı tennisçi cəzalandı – Marixuanada ilişdi
Amerikalı tennisçi Keysi Kania antidopinq proqramını pozduğuna görə iki il müddətinə cəzalandırılıb.
“Cary Challenge” yarışmasında iştirak edən 21 yaşlı idmançı qanında marixuana aşkarlanıb. Tennisçi onun mənşəyini izah edə bilməyib.
Beynəlxalq Tennis Dürüstlük Agentliyi (ITIA) belə nəticəyə gəldi ki, Kania bilərəkdən Tennis Antidopinq Proqramını (TADP) pozmağa cəhd etməyib, ona görə də qadağa 4 il deyil, 2 il olub.
Qadağa 2 fevral 2024-cü ildən 1 fevral 2026-cı ilə qədərdir.
Aut.az
