Uşaqlıqda aldığı travmalardan danışdı: Atəşfəşanlıq bombaların…
Serbiyalı tennisçi Novak Cokoviç etiraf edib.
Aut.az xəbər verir ki, dünyanın bir nömrəli raketka ustası hələ də uşaqlıqdan dəhşətli xatirələrin ona əzab verdiyini bildirib:
“Bu dəhşətli təcrübə mənim xarakterimi gücləndirdi? Ola bilər. Nə dərəcədə bilmirəm, amma burada mütləq bir əlaqə var. İki ay yarım gecə-gündüz bizi bombalananda mənim 12 yaşım vardı. O hadisələrlə bağlı xatirələr məni narahat edir. Hərdən olur, əsasən atəşfəşanlığı, başqa oxşar səs eşidəndə mənə bombaların partlamasını xatırladır. Çox da xoş deyil. Məndə bununla bağlı kiçik bir zədə var”.
Qeyd edək ki, 1999-cu ildə Yuqoslaviya ərazisi iki ay yarımdan çox NATO tərəfindən bombalanıb.
