Tennis

Onun rekordunu təkrarladı, qaldı…

Dünya tennisinin sabiq bir nömrəsi Novak Cokoviç “Uimbldon”un 1/4 finalında rusiyalı Andrey Rublevi dörd setdə məğlub edib və karyerasında 46-cı dəfə Böyük Dəbilqə turnirlərində ilk dördlüyə düşüb.

Aut.az xəbər verir ki, bu göstəriciyə görə serb peşəkar karyerasını başa vurmuş əfsanəvi isveçrəli Rocer Federerə çatıb.

İspan Rafael Nadalın 38 yarımfinal oyunu var. Əgər Rafa gələn il karyerasını başa vuracaqsa, deməli, bu göstəricini keçə bilməyəcək.

Böyük Dəbilqə turnirlərinin yarımfinalında ən çox oynayan tennisçilər:

  1. Novak Cokoviç (Serbiya) – 46 turnir (2007-2023)
  2. Rocer Federer (İsveçrə) – 46 (2003-2020)
  3. Rafael Nadal (İspaniya) – 38 (2005-2022)
  4. Cimmi Konnors (ABŞ) – 31 (1974-1991)
  5. İvan Lendl (Çexoslovakiya) – 28 (1981-1991)