Tennis

Turki açıqladı: Əfsanələr bu turnirdə yarışacaq

Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki əl-Şeyx 2025-ci il oktyabrın 15-dən 18-dək Ər-Riyadda keçiriləcək “6 Kings Slam” şou turnirinin iştirakçı heyətini açıqlayıb.

Aut.az xəbər verir ki, turnirdə ötənilki çempion, italiyalı Yannick Sinnerlə yanaşı, ATP reytinqinin ilk “altılığ”ında yer alan digər tanınmış tennisçilər də iştirak edəcək. Bunlar ispaniyalı Karlos Alkaras, almaniyalı Aleksandr Zverev, britaniyalı Cek Dreyper, amerikalı Teylor Frists və serbiyalı Novak Cokoviçdir.

Qeyd edək ki, ötən il Zverev, Frists və Dreyperin əvəzinə turnirdə rusiyalı Daniil Medvedev, ispaniyalı Rafael Nadal və danimarkalı Holger Rune mübarizə aparmışdı.

Aut.az