Bu “Çelsi” mənim komandam deyil – Nəyə işarə edir?
“Çelsi”nin baş məşqçisi Maurisio Poçettino Premyer Liqanın 34-cü turunun təxirə salınmış oyununda “Brayton”u məğlub etdikdən (2:1) sonra fikirlərini bildirib.
Aut.az xəbər verir ki, mütəxəssis hazırkı “Çelsi”yə “mənim komandam” deyə bilməyəcəyini bildirb.
– Sizə elə gəlir ki, bu sizin komandanızdır?
– Bu mənim komandam deyil. Bu, “Çelsi”dir. Mənim deyil. Siz nəyi nəzərdə tutursunuz?
– Sizin üslubunuzu.
– Bilmirəm. “Espanyol”, “Sautqempton”, “Tottenhem” PSJ və “Çelsi”də 15 illik fəaliyyətdən sonra mənim üslubumu bilirsiniz.
İnsanlar oynadığımız futboldan razı qalırsa, nə deməyimin heç bir əhəmiyyəti yoxdur. Bu kompozisiyanın şərtlərinə uyğunlaşmaq qalır. Məşqçi hansısa klubda 10-25 il, yaxud Arsen Venger və ya Ser Aleks Ferqyuson kimi 22 il keçirsə, təbii ki, “bu onun komandasıdır” deyə bilərsiniz. Bizdə isə bunu Pep Qvardiola haqda demək olar, nəzərə alsaq ki, hər altı aydan bir pul xərcləyib istədiyi oyunçuları gətirmək imkanı var. Amma bir mövsümdən danışsaq, hər şeyi nəzərə alsaq, mən bu heyətlə çox fəxr edirəm”, – deyə Poçettino “Football London”a bildirib.
Çempionatın bitməsinə bir tur qalmış “Çelsi” Premyer Liqa turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Aut.az
