Qaydasız döyüş

Nyu-Yorka yeni gəlmişdi, qəzaya düşdü – VİDEO

Gürcüstanlı UFC döyüşçüsü Merab Dvalişvili Nyu-Yorkda taksi ilə gedərkən avtomobil qəzasına düşüb.

Aut.az xəbər verir ki, 33 yaşlı idmançı zədələnmiş avtomobilin videosunu sosial şəbəkə hesabında yayımlayıb.

“Mən Nyu-Yorkda bir gün və bir neçə saat olmuşam. Artıq ciddi qəza keçirmişəm. Mən taksidə idim. Bir neçə başqa avtomobil bizə dəydi. Mən sərnişin oturacağında idim. Əzildim, amma yaxşıyam, Allaha şükür”, – deyə Dvalişvili bildirib.

Qeyd edək ki, Merab Dvalişvili MMA-da 20 döyüş keçirib və 16 qələbə qazanıb.

Aut.az