UFC çempionu zorlamada ittiham olunur
Braziliyalı döyüşçü, yüngül çəkidə UFC çempionu Aleks Pereyra ciddi ittihamlarla üzləşib.
Aut.az xəbər verir ki, 21 yaşlı amerikalı Meredit Braun sosial şəbəkələrdə Pereyranı cinsi təcavüzdə ittiham edərək ümumi uzunluğu təxminən 20 dəqiqə olan bir neçə video yayımlayıb.
Qız iyunun əvvəlində Nyu-Cersidə keçirilən UFC 302 turniri zamanı braziliyalı döyüşçünün qurbanı olduğunu ətraflı təsvir edib. Onun sözlərinə görə, Pereyra Nyu-York otellərindən birində ona cinsi təcavüz edib. Meredit mümkün cinayətə dair heç bir fiziki sübut təqdim etməyib.
Aut.az
