Qaydasız döyüşBoks

33 yaşlı qadından MMA-da möhtəşəm debüt – VİDEO

Boksçu Savannah Marshall MMA-da uğurlu debüt edib.

Aut.az xəbər verir ki, qadın idmançı qarışıq döyüş sənətləri üzrə ilk döyüşündə “PFL Europe 2”-də Mirela Varqası məğlub edib. Marşal elə ilk raundda texniki nokautla qalib gəlib.

Qeyd edək ki, 33 yaşlı britaniyalı qadın super orta çəkidə boks üzrə mütləq dünya çempionu olsa da, MMA-ya keçmək qərarına gəlib.

Aut.az