Azərbaycan futbolu

“Cəbrayıl” – “Araz Saatlı” 2:0 – VİDEO

Futbol üzrə Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-offun ilk oyunu keçirilib.

Aut.az xəbər verir ki, I Liqanı 13-cü yerdə başa vuran “Araz Saatlı” ilə II Liqanı 2-ci sırada bitirən “Cəbrayıl” üz-üzə gəlib. Qarşılaşma Cavid Hüseynovun yetirmələrinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında cavab görüşü 16 iyun tarixində baş tutacaq.

“Cəbrayıl”  “Araz Saatlı” 2:0

Qollar: Tapdıq Əhmədov, 39, Elşad Əliyev, 61