Boks

Onunla döyüşmək üçün şərtini açıqladı: Süfrədə yaxşı bir şey varsa…

34 yaşlı meksikalı peşəkar boksçu Saul Alvares David Benavideslə hansı şəraitdə döyüşəcəyini açıqlayıb.

“Ona mənimlə döyüşmək üçün nə etməli olduğunu söyləmək istəmirəm. Əgər pul varsa, kimləsə döyüşməyə hazıram. Mənim üçün pul istəməyin vaxtıdır. Əgər onunla döyüşməyimi istəyirlərsə, o zaman mənə layiqincə pul verilməlidir.

Süfrədə mənim üçün yaxşı bir şey varsa, gedək”, – “Boxing Scene” Alvaresdən sitat gətirib.

Xatırladaq ki, Saulun növbəti döyüşü məğlubiyyətsiz puerto-rikalı boksçu Edqar Berlanqa ilə olacaq. Onların döyüşü sentyabrın 14-də Las-Veqasdakı (ABŞ, Nevada) “T-Mobile Arena”da baş tutacaq.

Aut.az