Boks

Taysonu nokdauna salanda ona nə deyib?

Frensis Nqannu Tayson Fyurini nokdauna göndərərkən ona nə dediyini  açıqlayıb.

“Əlcəkləri toxunduranda dedi ki, indi səni məktəbə aparacağam. Mən də ona dedim ki, əclaf, səni məktəbə özüm aparacağam. Ona görə də onu nokdauna salanda rəqs etdim, “Sən pis professorsan, pis professorsan. Məktəbdə işlər necədir? Kimi məktəbə apardın?” dedim.

Qeyd edək ki, Tayson nokdauna düşəndə Nqannu rəqs edib.

Oktyabrın 28-də Səudiyyə Ərəbistanında Tayson Fyuri ilə keçmiş UFC çempionu Frensis Nqannu arasında 10 raundluq döyüş keçirilib. Fyuri hakimlərin  yekdil olmayan qərarı ilə qalib gəlib.

Aut.az