Dünyanın ən yaxşı boksçularının reytinqi yeniləndi: Birinci yerdə kimdir?
ABŞ-ın nüfuzlu idman portalı ESPN çəki dərəcəsindən asılı olmayaraq dünyanın ən yaxşı boksçularının (pound-for-pound, P4P) reytinqini yeniləyib.
Aut.az xəbər verir ki, WBA, WBO, WBC və IBO kəmərlərinin sahibi olan superağır çəkidəki ukraynalı Aleksandr Usikin mövqeyi dəyişməyib. O, hələ də reytinqə başçılıq edir.
İkinci və üçüncü yerləri yaponiyalı ulduz Naoya İnoue ilə keçmiş yarımağır çəki üzrə mütləq dünya çempionu Terens Krouford bölüşür.
ESPN versiyasına görə pound-for-pound reytinqinin Top-10-luğu:
1. Aleksandr Usik
2. Naoya İnoue
3. Terens Krouford
4. Dmitri Bivol
5. Artur Beterbiev
6. Cessi Rodriqes
7. Saul Alvares
8. David Benavides
9. Dzunto Nakatani
10. Şakur Stivenson
