Boks

Tayson Coşuanı ələ saldı: Mən əsl kişiyəm, sən isə…

Ağır çəkidə keçmiş çempion Tayson Fyuri həmyerlisi Entoni Coşua ilə amerikalı videobloqçu Ceyk Pol arasında dekabrın 19-dan 20-nə keçən gecə ABŞ-ın Mayami şəhərində keçiriləcək boks döyüşü barədə danışıb.

Aut.az xəbər verir ki, Fyurinin sözlərini “Sky Sports” sitat gətirib. “Karyerasının sonunda 37 yaşlı bir kişi, Tommi Fyurinin döydüyü disneyli bir blogerlə dalaşır. Maraqlı fakt: Əgər səninlə nə vaxtsa qarşılaşsam, səni nokauta göndərəcəyəm. Mən sənin yarın boyda blogger deyiləm. Mən əsl kişiyəm. Sən böyük bir çantasan, dəyərsiz bir axmaqsan. Cek Polun səni nokauta göndərməsini səbirsizliklə gözləyirəm, ey böyük axmaq”, – deyə o bildirib.

Aut.az