Yaponiya boksunun əfsanəsi öldü
WBC versiyasında yüngül çəkidə keçmiş çempion Quts İşimatsu (31-14-6, 17 nokaut) 76 yaşında vəfat edib.
Aut.az xəbər verir ki, bu barədə “The Ring” məlumat verib.
Boksçunun ölüm səbəbi sətəlcəm olub. O, Tokio xəstəxanasında vəfat edib.
İşimatsu peşəkar karyerasına 1966-cı ildə başlayıb və 1974-cü ildə yüngül çəkidə dünya çempionu titulunu qazanıb. 1978-ci ildə təqaüdə çıxdıqdan sonra özünü kinoya həsr edib və bir çox yapon filmlərində rol alıb.
Aut.az
