Taysonu niyə nokaut etməyib? – Səbəbini açıqladı
Noyabrın 15-dən 16-na keçən gecə Arlinqtonda (ABŞ) peşəkar boks gecəsi baş tutub.
Aut.az xəbər verir ki, gecənin əsas hadisəsi əfsanəvi 58 yaşlı boksçu Mayk Tayson ilə məşhur bloger Ceyk Pol arasındakı döyüş olub.
Döyüş bütün səkkiz raund davam edib və hakimlərin yekdil qərarı ilə Pol qalib gəlib – 80–72, 79–73, 79–73.
Döyüşdən sonra Ceyk Pol nə üçün Taysonu nokaut etmədiyinin səbəbini açıqlayıb.
“Mayk Tayson boks simvoludur. Onunla döyüşmək şərəf idi, çətin döyüş idi. Pərəstişkarlarım üçün çıxış etdim. Niyə Taysonu nokaut etmədim? Mən onu incitmək istəmirdim, lazım deyildi”, – Pol deyib.
Aut.az
