“Lion”un sahibi vəd verdi: Bütün dünyaya deyirəm…
Fransanın “Lion” klubunun sahibi olan amerikalı iş adamı Con Tekstor maliyyə problemləri səbəbindən klubun Liqa 1-i tərk edə biləcəyi xəbərinə münasibət bildirib.
Aut.az xəbər verir ki, daha əvvəl məlum olmuşdu ki, “Lion” maliyyə vəziyyətinə görə Liqa 1-dən diskvalifikasiya edilib və komandaya vəziyyət düzələnə qədər transfer qadağası da qoyulub.
“Lion” borclarını ödəyə bilməsə, nəticələrdən asılı olmayaraq Fransanın elit divizionunu tərk edəcək.
“Bütün dünyaya deyirəm: biz düşməyəcəyik. Biz modelimizə çox inanırıq. Səhmdarlarımızın pulu var. Heç kim klubun aşağı liqaya düşməsinə imkan verməyəcək. Uğursuz olmağımız üçün heç bir şans yoxdur”, – RMC Sport Tekstorun sözlərini sitat gətirib.
Aut.az
