Dünya futbolu

Kloppla bağlı sensasion iddia: Bu kluba gedir

Məşhur alman mütəxəssis Yurgen Klopp yenidən məşqçi karyerasını bərpa edə bilər.

Aut.az xəbər verir ki, “TBR Football”un məlumatına görə, alman mütəxəssis “Real Madrid”i çalışdıra bilər. “Kral klubu”nda Klopp Karlo Ançelottinin ideal varisi hesab olunur, çünki alman məşqçi ulduzlarla işləməyi və gəncləri necə inkişaf etdirməyi bilir.

Klopp işə qayıtmağa tələsmir, lakin “Real”da inanırlar ki, təklif  onun fikrini dəyişdirəcək.

Klopp 2015-2024-cü illərdə “Liverpul”da çalışıb. O, 1 yanvar 2025-ci ildə “Red Bull”un Qlobal Futbol Rəhbəri vəzifəsini icra etməyə başlayıb.

Xatırladaq ki, Klopp “Liverpul”la Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.

Aut.az