İngiltərəİtaliya

“Yuventus” axtardığını “Çelsi”də tapdı

“Çelsi”nin fransız mərkəz müdafiəçisi Benua Bandiaşil “Yuventus”a keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Yuventus” fransızı qışda heyətinə qatmağa çalışır. “Qoca sinyora ” Çempionlar Liqasının 2-ci turunda “RB Leypsiq”lə matçda zədələnən əsas müdafiəçi Qleison Bremerə əvəzləyici axtarır.

Fransız futbolçunun “Çelsi” ilə müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalı 23 yaşlı futbolçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.

Bu mövsüm Bandiaşile”Çelsi”nin heyətində bütün yarışlarda 8 oyun keçirib.

Aut.az