İtaliya

Fantastik təklifi rədd etdi, klubu satmadı

“Napoli”nin prezidenti və sahibi Aurelio De Laurentis klubu satmaqdan imtina edib.

Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.

Amerikalı investorlar konsorsiumu “Napoli”ni almaqda maraqlı olub. Onlardan biri də “Napoli Basket” basketbol klubunun və “Kampobasso” futbol klubunun sahibi, italyan əsilli iş adamı Matt Rizzettadır. O, bir neçə ay ərzində De Laurenti ilə birbaşa danışıqlar aparıb.

Lakin amerikalıların təklifi olduqca cəlbedici olsa da, nəticəsiz qaldıb. Onlar “Napoli” üçün 2 milyard avro təklif ediblər, halbuki ötən il “Football Benchmark” klubu cəmi 1,1 milyard avro dəyərində qiymətləndirmişdi.

De Laurentiis 2004-cü ildən bəri “Napoli”yə sahibdir. O, klubunun müflis elan edilməsindən və Seriya C1-ə düşməsindən sonra onu alıb.

Cəmi 3 il sonra o, “Napoli”ni Serie A-ya qaytardı və nəticədə klubu tarixindəki 14 kubokdan 7-sinə, o cümlədən 2023 və 2025-ci illərdə Serie A titullarına sahib oldu.

Aut.az