87 milyonluq futbolçu yeni baş məşqçiyə lazım olmadı
İngiltərənin “Mançester Yunayted” klubunun mərkəz müdafiəçisi Harri Maquayr “qırmızı şeytanlar”ı tərk edəcək.
Aut.az xəbər verir ki, bu barədə “TeamTalk” məlumat yayıb.
Mənbənin məlumatına görə, İngiltərə klubunun yeni baş məşqçisi Ruben Amorim mərkəz müdafiəçisi ilə hesablaşmır. Maquayr 2019-cu ilin yayında 87 milyon avroya “Lester”dən “Mançester Yunayted”ə keçib.
Mərkəz müdafiəçisinin “qırmızı şeytanlar”la müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt internet portalı 31 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro qiymətləndirir.
Bu mövsüm Maquayr “Mançester Yunayted”in heyətində bütün yarışlarda 9 oyun keçirib və 1 qol vurub.
Aut.az
