İngiltərəİtaliya

“Milan”ın qapıçısı Premyer Liqa nəhənginin hədəfində

“Çelsi” heyətinə “Milan” və Fransa yığmasının qapıçısı Mayk Menyanı qata bilər.

Aut.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

London klubu artıq 29 yaşlı qolkiperin transferi ilə bağlı “qırmzı-qaralar”a müraciət edib. Qapıçının “rossonerilər” ilə mövcud müqaviləsi 2026-cı ilin yayında başa çatır.

2024/25 mövsümündə Menyan “Milan”ın heyətində bütün turnirlər üzrə 53 oyuna çıxıb, 59 qol buraxıb və 15 matçda qapısını toxunulmaz saxlayıb.

Aut.az