Dortmunda qayıdışın detalları bəlli oldu
Dortmund “Borussiya”sı hücumçu Ceydon Sançonu 29 milyon avroya almaq hüququna sahib olacaq.
Aut.az xəbər veririk, bu barədə “Football Insider” məlumat yayıb.
İngilis futbolçu 2023/2024 mövsümünün sonuna qədər icarə əsasında “Borussiyta”da çıxış etməlidir.
Mənbənin məlumatına görə, Dortmund klubu Ceydonun maaşının yarısından azını ödəyəcək. Xatırladaq ki, Sanço avqustun sonunda komandanın baş məşqçisi Erik ten Haqla mübahisə etdikdən sonra “qırmızı şeytanlar”ın heyətindən uzaqlaşdırılıb.
Karyerasının əvvəlində 22 yaşlı ingilis 2021-ci ildə “Mançester Yunayted”ə keçməzdən əvvəl “Borussiya Dortmund”da çıxış edib. Bu mövsüm futbolçu Premyer Liqada cəmi 3 oyun keçirib.
Aut.az
