İl yarımdır oynamır: La Liqa klubu istəyir
İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Dele Alli karyerasını İspaniya çempionatında davam etdirə bilər.
Aut.az xəbər verir ki, “Todofichajes”in məlumatına görə, 28 yaşlı futbolçunun xidmətində “Betis”in baş məşqçisi Manuel Pelleqrini maraqlıdır.
Alli 2023-cü ilin fevralında “Beşiktaş”da icarədə olarkən ciddi zədə alıb və o vaxtdan meydanda görünmür. Bu yay ingilisin “Everton”la müqaviləsi başa çatıb və o, azad agent olub.
Aut.az
