İspaniya

O, Neymarın “Barselona”ya qayıtmasına qarşı çıxdı

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Neymarın “Barselona”ya mümkün qayıtmasının əleyhinədir.

Aut.az xəbər verir ki, bu barədə “Diario Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, Flik Neymarın yaşına və fiziki durumuna görə “Barsa”nın səviyyəsinə çatdığından şübhələnir.

Mətbuatda braziliyalı ulduzun sabiq klubuna qayıtmaq istədiyi bildirilir. Kataloniya təmsilçisinin rəhbərliyi də forvardla müqavilə bağlamaq variantını nəzərdən keçirməyə hazırdır.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.

Aut.az