İspaniya

Tarixdə ilk: La Liqada məşqçilər tətil edə bilərlər – Səbəb nədir?

Sentyabrın 3-də səhər saatlarında “Las Rozas de Madrid”də La Liqanın baş məşqçilərinin görüşü baş tutub.

Aut.az “Marca”ya istinadən xəbər verir ki, İspaniya çempionatının məşqçiləri baş məşqçinin istefaya göndəriləcəyi təqdirdə ona kompensasiya verilməyəcəyi ilə bağlı yaranmış vəziyyətdən narahat olduqlarını bildiriblər.

Məşqçilərin narahatlığına səbəb “Vilyarrel”in baş məşqçisi Kike Setyen və “Real Ovyedo”nun çalışdırıcısı Alvaro Cerveranın istefaya göndərilməsi olub. Mütəxəssislər istefaya göndəriləcəkləri təqdirdə kompensasiya almalarını təmin etmək istəyirlər. Bu, La Liqada daha az məşqçinin qovulmasına səbəb ola bilər.

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti görüşün keçirildiyi zalı tərk edərəkən, sentyabrın 4-də La Liqa rəhbərliyi ilə söhbətin baş tutacağını bildirib. Futbol çempionatının nümayəndələri ilə danışıqlar konsensusa gəlməyə kömək etməsə, La Liqa məşqçilərinin tarixdə ilk tətili baş tutacaq.

Aut.az