İspaniya

“Real”a şad xəbər: Geri qayıdır

“Real”ın mərkəz müdafiəçisi Eder Militao zədəsini demək olar ki, tam sağaldıb.

Aut.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Braziliyalı futbolçu yaxın günlərdə komandaya qayıda bilər. 27 yaşlı müdafiəçi klublararası dünya çempionatının pley-off mərhələsində meydana çıxa bilər. Madrid təmsilçisi 1/8 finalda iyulun 1-də “Yuventus”la qarşılaşacaq.

Militao 2024/25 mövsümündə zədə səbəbindən uzun müddət yaşıl meydanlardan uzaq qalıb. Mövsüm ərzində ümumilikdə 17 oyuna çıxaraq 1 qol və 1 assistlə yadda qalıb. Futbolçu mövsümün bir hissəsini çarpaz bağların qopması səbəbilə buraxmışdı.

Qeyd edək ki, Militaonun geri dönüşü, müdafiə xəttində alternativləri məhdud olan “Real” üçün olduqca önəmli hesab olunur.

Aut.az