Bir ildir yoxdur: Nə vaxt qayıdacağını Ançelotti açıqladı
“Real”ın baş məşqçisi Karlo Ançelotti müdafiəçi David Alabanın yanvarın ortalarında qayıtmalı olduğunu deyib.
Aut.az xəbər verir ki, Alaba sonuncu dəfə bir il əvvəl meydana çıxıb, avstriyalıya dizində çarpaz bağın qopması diaqnozu qoyulub.
“Alaba artıq bir az məşq etməyə başlayıb. O, fasilədən sonra ümumi qrupa qayıda biləcək və yanvarın ortalarında yenidən oynaya biləcək”, – Ançelotti “Real”ın rəsmi saytına bildirib.
Aut.az
