“Bavariya”nın ulduzu “Barsa”ya keçir? – Pulsuz…
“Bavariya”nın və Almaniya millisinin yarımmüdafiəçisi Leroy Sane 2025-ci ilin yayında azad agent kimi “Barselona”ya keçə bilər.
Aut.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Barsa” 28 yaşlı futbolçunu 2025-ci ilin yayında, “Bavariya” ilə müqaviləsi başa çatan zaman heyətinə qatmaqda maraqlıdır. İspaniya klubunun baş məşqçisi Hans-Diter Flik bu futbolçu ilə əvvəllər Almaniyada çalışıb və aralarında kifayət qədər isti münasibət yaranıb. Buna baxmayaraq, Sane üçün prioritet hazırkı müqavilənin uzadılmasıdır.
Leroyla “Barselona”dan başqa “Çelsi”, “Tottenhem” və “Mançester Yunayted” də maraqlanır
Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm klubu üçün bütün yarışlarda 19 oyun keçirib, 5 qol vurub və 1 məhsuldar ötürmə edib.
Aut.az
