İspaniya

“Real” bəd xəbəri açıqladı: Əzələ zədəsi aşkarlanıb

“Real Madrid” rəsmi saytında mərkəz müdafiəçisi Din Heysenin zədəsi ilə bağlı məlumat paylaşıb.

Aut.az xəbər verir ki, məlumatda deyilir:

“Bu gün aparılan tibbi müayinələrdən sonra oyunçumuz Din Heysenin sağ baldırında əzələ zədəsi diaqnozu qoyuldu. Onun sağalması yaxından izləniləcək”.

Futbolçunun ən azı bir həftə oynaya bilməyəcəyi güman edilir.

Bu mövsüm Heysen bütün yarışlarda 27 oyunda meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib.

Aut.az