“Real”dan Özilə müraciət: Əziz, Məsut…
“Real” Məsut Özilin karyerasını bitirməsinə münasibət bildirib.
“Məsut Özil peşəkar futboldan ayrıldığını elan etdikdən sonra “Real” böyük oyunçularımızdan birinə öz minnətdarlığını, heyranlığını və hörmətini bildirmək istəyir. Sənə və ailənə uğurlar, əziz Məsut”, – deyə klubun sosial şəbəkə hesabında yazılıb.
Məsut Özil 2010-2013-cü illərdə “Real”da çıxış edib. Komandanın tərkibində İspaniya çempionu (2011/2012) olub, İspaniya kubokunun (2010/2011) və Superkubokunu (2012) qazanıb. Özil 34 yaşında karyerasını bitirib. Onun son klubu Türkiyənin “İstanbul Başakşəhər”i olub.
Aut.az
