İspaniyaTürkiyə

Gündoğandan “Türkiyə klublarına keçir” xəbərinə reaksiya: Ola bilsin ki…

“Barselona”nın 33 yaşlı yarımmüdafiəçisi İlkay Gündoğan Türkiyə klublarından birinə keçə biləcəyi ilə bağlı daha əvvəl yayılan məlumatlara münasibət bildirib.

Aut.az xəbər verir ki, “ASpor” Gündoğandan sitat gətirib:

“Ola bilsin ki, bir gün Türkiyə Superliqasına qoşulacam, amma bu yay olmayacaq”, – Gündoğan bildirib.

Daha əvvəl mətbuatda “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun alman futbolçunun xidmətində maraqlı olduğu barədə məlumatlar yer alıb.

Aut.az