İspaniyaAlmaniya

“Real” təhlükə: “Bavariya” cavab tədbiri görür

“Bavariya” yarımmüdafiəçisi Camal Musialanın maaşını əhəmiyyətli dərəcədə artırmağa hazırdır.

Aut.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat yayıb.

21 yaşlı futbolçunun Münhen klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Musialanın “Real”a keçməməsi üçün “pivəçilər” gənc futbolçunu klubun ən çox maaş alan iki oyunçusundan birinə çevirməyə və ona ildə 25 milyon avro ödəməyə hazırdır.

Klubda sözügedən məbləğdə maaş alan yeganə futbolçu Harri Keyndir.

Bu mövsüm Musiala “Bavariya”nın heyətində bütün turnirlərdə 8 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.