Türkiyəİtaliya

“Fənərbağça” İtaliya nəhənginin müdafəçisini istəyir

“İnter”in müdafiəçisi Stefan de Vrey yay transfer pəncərəsində komandanı tərk etməyə yaxındır.

Aut.az xəbər verir ki, jurnalist Marko Varininin məlumatına görə, niderlandlı futbolçunun xidmətində “Fənərbağça” maraqlıdır. Həmçinin oyunçunun menecerləri onu “Əl-Hilal”, “Nyukasl” və “Nottingem Forest” klubuna da təklif ediblər.

Stefan de Vrey hələlik gələcəyi ilə bağlı yekun qərar verməyib. Lakin “Fənərbağça”nın maliyyə imkanlarının bu məsələdə həlledici rol oynaya biləcəyi bildirilir.

Qeyd edək ki, müdafiəçi 2018-ci ildə Latsiodan azad agent kimi “İnter”ə keçib. Onun müqaviləsi 2026-cı ilin 30 iyun tarixinə qədər qüvvədədir.

Cari mövsümdə Stefan de Vrey Milan klubunun heyətində bütün turnirlərdə 14 oyuna çıxsa da, məhsuldar göstərici ilə yadda qalmayıb.

Aut.az