“Bavariya” qərar verdi: O, bu yay satılmalıdır
“Bavariya” 23 yaşlı sol cinah müdafiəçisi Alfonso Deyvisin bu yay satılmasına qərar verib.
Aut.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb.
Mənbənin sözlərinə görə, kanadalı futbolçunun müqaviləsi 2025-ci ilin iyununda bitdiyi üçün Münhen klubu belə qərasr qəbul edib. Onlar Deyvisi pulsuz buraxmaq istəmir. Daha əvvəl “Bavariya”nın fəxri prezidenti Uli Hönes müdafiəçinin müqaviləsinin yaxınlarda başa çatmasına baxmayaraq, klubda qalacağını bildirmişdi.
Deyvis üçün əsas namizəd Alman nəhənginə 30 milyon avro təklif etməyə hazır olan “Real”dır. Lakin “Bavariya” 50 milyon avro istəyir.
Aut.az
