“Bavariya”da 2 ayrılıq: KDÇ bitmədən komandanı tərk etdilər
“Bavariya” klubu yarımmüdafiəçi Erik Dayer və hücumçu Leroy Sanenin müqavilə müddətinin başa çatması ilə komandadan ayrıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, Sane Münhen təmsilçisini klublararası dünya şempionatının gedişində tərk edib. Almaniyalı hücumçu turnirdə 3 oyun keçirib.
Leroy karyerasını Türkiyənin “Qalatasaray” klubunda, Dayer isə Fransanın “Monako” komandasında davam etdirəcək.
KDÇ-2025-in 1/4 final mərhələsində “Bavariya” iyulun 5-də Fransanın PSJ klubu ilə qarşılaşacaq.
Aut.az
