“Ronaldonun 2026-cı ildə oynayacağını təsəvvür edə bilmirəm”
“Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyuson bir vaxtlar rəhbərliyi altında oynamış Kriştiano Ronaldonun perspektivlərindən danışıb.
Aut.az xəbər verir ki, əfsanəvi mütəxəssis 39 yaşlı hücumçunun növbəti dünya çempionatında iştirak etmək ehtimalını şərh edib.
“Mən onun 2026-cı ildə oynayacağını təsəvvür edə bilmirəm. Qarşıdakı illərdə futbol daha da sürətli və daha atletik olacaq. Bundan əlavə, mərkəz hücumçuları üçün daha az yer olacaq. Müdafiəçilərdən fərqli olaraq, hücumçular yaşlandıqca ən yüksək səviyyədə oynamaqda çətinlik çəkirlər.
Daha bir-iki titul onun üçün o qədər də əhəmiyyət kəsb etməyəcək. Çünki onun özünəməxsus karyerası var”.
Qeyd edək ki, Avropa çempionatının 1/4 finalında Portuqaliya Fransa ilə iyulun 5-də qarşılaşacaq.
